"Qarabağ"ın oyun üslubu olduğu üçün təmsilçimizi daha şanslı hesab edirəm".
Bunu Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov "Qarabağ" - "Ayaks" görüşü barədə apasport.az-a açıqlamasında deyib.
Təcrübəli mütəxəssis Azərbaycan təmsilçisinin şanslarını belə dəyərləndirib:
"Ayaks" əvvəlki "Ayaks" deyil. Amma çempionatları bizimkindən qat-qat üstündür. Çətin oyun olacaq. Mən "Qarabağ"ın oyun üslubuna güvənərək deyərdim ki, "Qarabağ" daha şanslıdır. Komandamız qol imkanlarından maksimum istifadə edib müdafiədə səhv etməsə, əlbəttə, oyunu 3 xal ilə başa vura bilər. İnanıram ki, “Qarabağ” şanslarından maksimum istifadə edəcək. "Qarabağ"a uğurlar arzu edirəm".
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda bu gün “Ayaks”ı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matça saat 21:45-də start veriləcək.