Avstiyanın Lints şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirinin ikinci günü arxada qalıb.
Apasport.az saytı xəbər verir ki, tatami üzərinə çıxan idmançılarımızdan Rəşad Məmmədəliyev medal qazanıb.
73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu finala kimi bütün rəqiblərinə qalib gəlib. Rəşad həlledici görüşdə israilli rəqibi Tohar Butbulla bacarmayıb.
Bu gün mübarizəyə qoşulan Nurlan Osmanov (73 kq) və Zelin Tskayev (81) isə medalçılar arasında yer ala bilməyiblər.
Qeyd edək ki, Qran-Prinin ilk günündə Kamran Süleymanov (66 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) isə bürünc medal qazanıb.
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub