Doumandan yeni rekord
08.04.2026 - 14:47
"Arsenal"ın futbolçusu Maks Douman rekorda imza atıb.
Apasport.az xəbər verir ki, o, Çempionlar Liqasının 1/4 finalının "Sportinq"lə oyununda (1:0) iştirak edib.
Bununla da, 16 yaş 97 günlük yarımmüdafiəçi ÇL tarixində 1/4 finalda oynayan ən gənc futbolçu olub.
Öncəki rekord 16 yaş 272 günlüyündə PSJ-yə qarşı meydana çıxan "Barselona"nın hücumçusu Lamin Yamala məxsus idi.
0
0