Dünya çempionatında iştirak edəcək Azərbaycan cüdoçularının adları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, mayın 7-17-də Qatarın paytaxtı Dohada keçiriləcək mundialda yığmamız 9 çəki dərəsində 9 kişi və 4 qadın ilə təmsil olunacaq.
Məşqçilər korpusu yarışda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Aydan Əliyeva (hər ikisi 52 kq), Balabəy Ağayev, Turan Bayramov (60 kq), Orxan Səfərov (66 kq),
Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauriyə (+100 kq) şans verəcək.
Təcrübəli cüdoçularımızdan Rüstəm Orucov (73 kq) heyətə daxil edilməyib.
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub