Emin Mahmudov bunu bacaran ikinci oyunçu oldu
11.05.2026 - 12:04
Emin Mahmudov bunu bacaran ikinci oyunçu oldu

Misli Premyer Liqasında 2025/26 mövsümünün ən erkən qollarından biri vurulub.

Apasport.az xəbər verir ki, XXXI turun “Neftçi” – “Şamaxı” matçında (3:0) hesabı açan Emin Mahmudov 1-ci dəqiqədə fərqlənib.

Bu, mövsümdə ilk dəqiqəyə təsadüf edən ikinci qoldur. Hesabın belə erkən açılması ilk dəfə II turda qeydə alınıb.

2025-ci il avqustun 24-də Coy Lens Mikels 1-ci dəqiqədə topu rəqib qapısından keçirib. Emin kimi almaniyalı futbolçu da “Şamaxı” ilə görüşdə (2:1) fərqlənib. Çempionatın bombardiri səfər görüşündə buna nail olub.