“Sumqayıt” Misli Premyer Liqasının 2026/27 mövsümünə ev məğlubiyyəti ilə start verib.
Apasport.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi öz meydanında “Neftçi”yə 1:3 hesabı ilə uduzub.
Bu, klub tarixinə Premyer Liqada 100-cü ev məğlubiyyəti kimi düşüb. “Sumqayıt” öz meydanında keçirdiyi 235 matçda 79 qələbə qazanıb, 56 heç-heçə edib və 100 dəfə xalsız qalıb. Ölkə çempionatları tarixində yüksək liqada ən çox ev məğlubiyyəti alan komanda olan “Sumqayıt” bu göstəricidə “100”ə çatan ilk klubdur.
Qeyd edək ki, “Sumqayıt”ın ilk ev məğlubiyyəti 2011-ci il avqustun 8-də “Qəbələ” ilə matça təsadüf edib – 1:2.
- “Neftçi” – “Sabah” matçının hakimi bəlli oldu – VII TURUN TƏYİNATLARI
- Kamerunlu vinger "Səbail"də - RƏSMİ
- AFFA rəsmisi: "İnfantino belə sürət görmədiyini dedi”
- U-15 Dünya Çempionatı: Jurnalistlər Hövsan Yarış Kompleksi ilə tanış oldular - FOTOSESSİYA
- Dünya çempionatına 14 gün qalmış – Hövsanda son hazırlıqlar - VİDEO