Goranboy şəhəri “Gənclər Paytaxtı” seçilib - FOTO
03.02.2026 - 18:30
Goranboy şəhəri 2026-cı ilin “Gənclər Paytaxtı” seçilib.
Apasport.az saytının Goranboya ezam olunmuş əməkdaşı xəbər verir ki, “Gənclər Paytaxtı”nın simvolik açarı Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə təhvil verilib.
Simvolik açarı gənclər və idman naziri Fərid Qayıbov təqdim edib.
Tədbir çərçivəsində layihəsinin loqosu və maskotu da ictimaiyyətə nümayiş etdirilib.
Qeyd edək ki, 2025-ci ildə Sumqayıt şəhəri Azərbaycanın “Gənclər Paytaxtı” olub.
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0