I Liqa: Favoritlər xal itirmədi - YENİLƏNİB
17.09.2026 - 18:45
I Liqada III turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma baş tutub.
“Şahdağ Qusar” Şamaxıda “Şimal”ın qonağı olub.
“Gəncəbasar” “Mingəçevir”lə, “Baku Sportinq” isə “Səbail”lə üz-üzə gəlib.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.
I Liqa
III tur
16:30. "Şimal" – "Şahdağ Qusar" 1:4
16:30. "Mingəçevir" – "Gəncəbasar" 0:3
16:30. "Baku Sportinq" – "Səbail" 0:1
0
0