I Liqa klubundan yeni transfer - RƏSMİ
28.08.2026 - 11:35
I Liqa klubundan yeni transfer - RƏSMİ

I Liqada çıxış edən "Xankəndi" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda yarımmüdafiəçi Kənan Baxışovla anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 21 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Kənan Baxışov son olaraq "Qarabağ"ın əvəzedici komandasında çıxış edib.