I Liqa: Lider xal itkisi ilə üzləşib
05.02.2026 - 16:28
Bu gün futbol üzrə Azərbaycan I Liqasında ikinci dövrəyə start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
Lider “Şəfa” öz meydanında ən yaxın izləyicisi olan “Baku Sporting”lə üz-üzə gəlib. Gərgin keçən oyunda qalib müəyyənləşməyib – 1:1.
Turun növbəti oyunu Zaqatalada keçirilib. Şəhərin eyniadlı komandası “Səbail”i qəbul edib. Görüş qonaqların minimalhesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
“Cəbrayıl” isə MOİK-lə qarşılaşmada 2:2 hesablı heç-heçəyə razı olub.
Qeyd edək ki, XIII tura sabah yekun vurulacaq.
0
0