I Liqa: Mövsümə start verilib - YENİLƏNİB
03.09.2026 - 18:57
I Liqa: Mövsümə start verilib - YENİLƏNİB

Futbol üzrə Azərbaycan I Liqasında mövsümə start verilib.

Apasport.az xəbər verir ki, bu gün üç matç keçirilib.

Açılış oyunu Binə qəsəbə stadionunda baş tutub. MOİK “Şahdağ Qusar”ı qəbul edib. Görüş qonaqların minimalhesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

“Baku Sportinq” “Karvan-Yevlax”ı, “Xankəndi” isə “Səbail”i sınağa çəkib.

I Liqa
I tur
3 sentyabr

17:00. MOİK - “Şahdağ Qusar” 0:1
Hakimlər: Mahmud Bağırzadə, Aydın Baxşıyev, Samir Qaracayev, Şamil İmanzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Binə qəsəbə stadionu

17:00. “Baku Sportinq” - “Karvan-Yevlax” 0:3
Hakimlər: Murad Səlimov, Rəhman Aslanov, Safalı Ağayev, Nazim Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“Baku Sportinq Arena”

17:00. “Xankəndi” - “Səbail” 1:1
Hakimlər: Alik Yunusov, Vüqar Bayramov, Elman Kərimov, Niyaz Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu