I Liqa: V tura yekun vurulub
16.10.2026 - 23:28
I Liqa: V tura yekun vurulub

Azərbaycan I Liqasında 5-ci tura yekun vurulub.

Apasport.az xəbər verir ki, son gündə iki matç keçirilib.

"Baku Sportinq" MOİK-lə bacarmayıb. "Karvan-Yevlax" isə liderlər sırasında qərarlaşan "Gəncəbasar"ı məğlub edib.

I Liqa
V tur

“Baku Sportinq” – MOİK 1:3
Qollar
: Elşən Abdullayev, 25 – Kamran Quliyev, 36-pen. Elşad Tağıyev, 43. Vidadi Cəfərov, 90+4.

“Karvan-Yevlax” – “Gəncəbasar” 2:1
Qollar
: Sadiq Quliyev, 4. Samir Abdullayev, 32 – Dileyn Açimi, 88.