“İmişli”də yeni müqavilə
20.05.2026 - 17:43
“İmişli”də yeni müqavilə

"İmişlli" müdafiəçi Tuncay Yusiflinin müqaviləsinin müddətini uzadıb.

Apasport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Premyer Liqa klubu 21 yaşlı sol cinah müdafiəçisi ilə 2+1 illik yeni sözləşmə imzalayıb.

Qeyd edək ki, Tuncay Yusifli 2025-ci ilin yayından "İmişli"də çıxış edir. Gənc futbolçu komandanın heyətində 7 rəsmi matçda meydana çıxıb.