"İbrahimoviçin qolu möhtəşəm idi".
Apasport.az xəbər verir ki, bu sözləri UFC-nin yarımorta çəki dərəcəsində çempionu İslam Maxaçev deyib.
O, futbol matçlarında vurulan ən gözəl qolu seçib. Rusiyalı MMA döyüşçüsü Zlatan İbrahimoviçin İngiltərə millisinə vurduğu qolu fərqləndirib:
"İbrahimoviçin akrobatik zərbə ilə vurduğu qol möhtəşəm idi. Qapıçının mövqeyini tərk etdiyini görməsi və dərhal zərbə endirməsi mükəmməldir. Belə məsafədən zərbə endirmək çətindir. Amma İbrahimoviç bacard. Onu bir dəfə qəfəsdə olanda, tamaşaçılar arasında gördüm. İbrahimoviç ön sırada idi".
Qeyd edək ki, Zlatan həmin qolu İsveç millisinin heyətində İngiltərə yığmasına vurub.
- Qurbanov Nərimanın gedişi barədə: "Onu da başa düşmək lazımdır"
- Ayxan Abbasov: “Qarabağ”a qarşı aqressiyasız oynamaq mümkünsüzdür"
- Qurban Qurbanov: Futbolçu deyir ki, mənə yaxşı təklif var. Gedim, yoxsa qalım?
- "Qarabağ"dan çempionluq uğrunda kritik üç xal - YENİLƏNİB
- "Qarabağ"ın matçının vaxtı DƏYİŞDİRİLDİ