“Qarabağ”ın futbolçusu Juninyonun son durumu bəlli olub.
Apasport.az xəbər verir ki, o, karyerasını “Flamenqo”da davam etdirəcək.
Tərəflər hücumçunun transferi barədə razılığa gəlib. Forvard A Seriyası təmsilçisi ilə 2027-ci ilin dekabrına qədər müqavilə imzalayacaq.
Ağdam klubu bu keçiddən 5 milyon avro qazanacaq.
“Qarabağ”ın “Kəpəz”lə keçirdiyi yoldaşlıq görüşündə (5:1) Juninyo ehtiyatda qalıb. Buna səbəb “Flamenqo” ilə danışıqların davam etməsi olub.
Braziliya təmsilçisi futbolçunun mövsümöncəsi təlim-məşq toplanışında iştirak etməsi üçün onu ABŞ-a aparmaqda qərarlıdır. Bildirilir ki, bu səbəbdən A Seriyası klubu Juninyo transferini açıqlamağa tələsir.
Onun “Flamenqo”nu seçməsində əsas faktor isə komandanın baş məşqçisi Felipe Luizin zəngi olub. Mütəxəssis hücumçunu yanına dəvət edib.
Qeyd edək ki, Juninyo ilə “Sevilya” da yaxından maraqlanırdı.
- Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"
- “Zirə” “Turan Tovuz”la heç-heçə etdi - YENİLƏNİB