Juninyonun sabiq komanda yoldaşı "Turan Tovuz"da - RƏSMİ
24.01.2025 - 15:22
Juninyonun sabiq komanda yoldaşı "Turan Tovuz"da - RƏSMİ

“Turan Tovuz” növbəti transferini rəsmiləşdirib.

Apasport.az xəbər verir ki, bunu Premyer Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Qərblilər daha öncə xəbər verdiyimiz kimi, Joarlem Batista Santosu heyətinə qatıblar. Braziliyalı hücumçu ilə 2,5 illik müqavilə imzalanıb. 29 yaşlı futbolçunun son klubu Portuqaliya təmsilçisi "Çaveş" olub.

Qeyd edək ki, ötən mövsüm Premyer Liqanın bombardiri olan Olavio Juninyo da "Qarabağ"a “Çaveş”dən transfer olunub. Braziliyalılar 2022-ci ilin əvvəlindən 2023-cü ilin yayına qədər komanda yoldaşı olublar.

0