Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə 22 İyul - Milli Mətbuat Gününə həsr olunmuş, idman jurnalistləri arasında ilk dəfə kamandan oxatma yarışı keçirilib.
Apasport.az xəbər verir ki, təşkil olunan yarışda 17 fərqli media qurumundan ümumilikdə 27 jurnalist (10 qadın, 17 kişi) mübarizə aparıb.
Bu dəfə qələm ustaları özlərini oxatma idmanında sınayaraq 10 metr məsafədən hədəfi dəqiq vurmaq üçün bacarıqlarını nümayiş etdiriblər.
Gərgin və maraqlı keçən təsnifat mərhələlərinin ardından baş tutan final görüşlərində qaliblərin adları müəyyənləşib. Kişilər arasındakı mübarizənin yekununda Ayaz Qurbanov birinci, Elvin Camalov ikinci, Əfqan Həbibov isə üçüncü yerə layiq görülüb.
Qadınların yarışında isə Ülviyyə Sabirqızı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, Fəxriyyə Qarayeva ikinci, Gülnarə Sadıxova isə üçüncü yerin sahibi olub.
Yarışın sonunda yüksək nəticə göstərən qalib jurnalistlərə müvafiq dərəcəli diplomlar, medallar və xüsusi hədiyyələr təqdim olunub.
Qadınlar arasında qaliblərə mükafatları Azərbaycan Kamandan Oxatma Federasiyasının mətbuat katibi Aynur Hüseynova, kişi qaliblərə isə Federasiyanın şöbə müdiri Kamran Həsənzadə təqdim edib.
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!