"Karvan-Yevlax"dan "Səbail"ə - RƏSMİ
30.06.2026 - 16:33
"Karvan-Yevlax"dan "Səbail"ə - RƏSMİ

2026/2027-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda son olaraq Premyer Liqada “Karvan”da çıxış etmiş Eltun Turabovu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Eltun Turabov ötən mövsüm Premyer Liqada 29 qarşılaşmada meydana çıxıb və 1 qola imza atıb.