"Real Madrid"in əfsanəvi sabiq qapıçısı İker Kasiıyas klubun yeni baş məşqçi seçimiylə bağlı açıqlama verib.
Apapsort.az xəbər verir ki, veteran qolkiper klubun yeni mütəxəssis seçimində Joze Mourinyoya üstünlük verilməsi barədə narazılığını bildirib.
Portuqaliyalı mütəxəssislə heç bir problemi olmadığını bildirən İker, buna baxmayaraq, onu komandanın başında görmək istəmədiyini qeyd edib:
"Mourinyo ilə heç bir problemim yoxdur. O, mənə böyük peşəkar kimi görünür. Amma mən onun "Real Madrid"də olmasını istəmirəm. Düşünürəm ki, həyatımın klubunu idarə etmək üçün başqa menecerlər daha uyğun olardı".