Misli Premyer Liqasının XXIV turunda "Qəbələ" doğma meydanda "Neftçi"yə 1:3 hesabı ilə məğlub olub.
Apasport.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Kaxaber Tsxadadze oyundan sonra keçirilən mətbuat konfransında oyun haqda fikirlərini bölüşüb:
"Fikrimcə, bərabər bir oyun keçdi. Oyuna çox yaxşı başlamışdıq. Təəssüf ki, çox sadə qollar buraxdıq. Bu səviyyədə belə səhvlərə yol vermək olmaz. Hələ ki, "Neftçi" kimi komandalara qarşı. Psixoloji baxımından işləmək lazımdır. Görünən odur ki, futbolçularda psixoloji baxımdan problem var. Fiziki cəhətdən hər hansı bir problemimizin olduğunu düşünmürəm.
Müəyyən müddətdir burada işləyirəm. Bəzi azarkeşlərin istefaya səsləməsini anlamıram. Avropada bu cür hallarda komandaya və baş məşqçiyə sona qədər dəstək olurlar. İstefaya səsləyənlər 13-14 yaşlı uşaqlardır".
- Rövşən Nəcəf: “Azərbaycan futbolu yalnız Premyer Liqadan ibarət deyil”
- FIFA rəsmisi: “Azərbaycan futbolu Avropada etimad qazanır”
- Azərbaycan klublarına UEFA-dan ayrılan maliyyə vəsaiti açıqlanıb
- AFFA-nın illik gəliri açıqlandı: ən böyük pay kimə məxsusdur?
- AFFA açıqladı: BU STADİONLAR TƏMİRƏ BAĞLANACAQ