“Kəpəz” iki yoxlama matçı keçirəcək
19.09.2026 - 11:34
“Kəpəz” iki yoxlama matçı keçirəcək

“Kəpəz” milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədə iki yoxlama matçı keçirəcək.

Apasport.az xəbər verir ki, Gəncə təmsilçisi oktyabrın 2-də Azərbaycan U-19 millisi və “Gəncəbasar”la qarşılaşacaq.

Hər iki oyun Gəncə Şəhər Stadionunun ehtiyat meydançasında keçiriləcək. U-19-la matç saat 12:00-da, “Gəncəbasar”la görüş isə 17:00-da başlayacaq.

“Kəpəz”in məşqçi korpusu bütün futbolçuların oyununu izləmək məqsədilə heyəti iki hissəyə böləcək.