“Kəpəz”in yarımmüdafiəçisi Viktor Stina Moldova milli komandasına dəvət alıb.
Apasport.az xəbər verir ki, bununla bağlı Gəncə klubuna Moldova Futbol Federasiyasından rəsmi məktub daxil olub.
28 yaşlı futbolçu sentyabrın 20-də Misli Premyer Liqasının VI turunda “Sumqayıt”la keçiriləcək oyundan sonra milli komandanın düşərgəsinə yollanacaq.
Stina Moldova millisinin heyətində UEFA Millətlər Liqasının K qrupunda Slovakiya (26 sentyabr və 6 oktyabr), Farer adaları (29 sentyabr) və Qazaxıstan (2 oktyabr) ilə oyunlarda iştirak edə bilər.
Qeyd edək ki, cari mövsüm “Kəpəz”in heyətində 2 qol vuran Viktor Stina Moldova millisində 30 matç keçirib və 4 qola imza atıb.