Kikboksinq federasiyasında skandal: vitse-prezident saxlanılıb
06.01.2025 - 17:24
Kikboksinq federasiyasında skandal: vitse-prezident saxlanılıb

Kikboksinq üzrə Əməkdar məşqçi, Əməkdar idman ustası, DSX mayoru Fuad Zeynalov hücuma məruz qalıb.

Apasport.az xəbər verir ki, o, gecə saatlarında restorandan çıxdıqdan sonra naməlum şəxslər tərəfindən döyülüb. 

Zeynalov hadisə nəticəsində başından xəsarət alıb. Tibbi müdaxilədən sonra onun baş nahiyəsinə tikiş qoyulub.

Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov hadisə ilə bağlı saxlanılıb. Onlar idman ustasına hücumda təqsirləndiriliblər. Məkanın yaxınlığındakı kameralarda həmin şəxslərin üzləri aşkar görünüb. 

Kikboksinq üzrə dünya və Avropa çempionu, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, "lord" ləqəbli Ramal Aslanov isə bu sifarişi verən şəxs kimi şübhəli bilinir.

Aslanovla Zeynalov bir federasiyada işləsələr də, uzun müddət aralarında soyuq münasibətlər olub. Vitse-prezidentin daha öncə də belə hadisələrdə şübhəli bilindiyi bildirilir.

0