Konqolu müdafiəçi "Qəbələ"də - RƏSMİ
30.06.2026 - 15:09
“Qəbələ” yay fasiləsində daha bir transferini reallaşdırıb.
Apasport.az xəbər verir ki, komanda Konqo Demokratik Respublikasından olan Natan Monzanqonun heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə bağlanıb.
Qeyd edək ki, Natan Monzanqonun son klubu “Bravo” (Sloveniya) olub. O, buna qədər “Şole”, “Amyen”, “Pau”, ”Vilfranş” (hamısı Fransa), “Çaykur Rizespor” (Türkiyə) klublarının şərəfini qoruyub.
0
0