Krakovda keçirilən III Avropa Oyunlarında taekvondo yarışlarının ilk gününün püşkü atılıb.
Apasport.az saytının məlumatına görə, multi-idman turnirində Azərbaycan millisinin 4 idmançısının da ilk rəqibləri müəyyənləşib.
Təmsilçilərimizin hər biri yarışa 1/8 final mərhələsindən qoşulacaq.
54 kq-da Səyyad Dadaşov almaniyalı Xalid Abdel Halimlə üz-üzə gələcək. Qaşım Maqomedov (58 kq) startda Aymen Açnineni (Niderland) sınağa çəkəcək.
46 kq çəkidə Minayə Əkbərova debütdə Sofiya Zampetti (İtaliya) ilə qüvvəsini sınayacaq. Patimat Abakarova (49 kq) isə ilk görüşünü Sufarada Kisskalta (Almaniya) qarşı keçirəcək.
Qeyd edək ki, Azərbaycan millisi Avropa Oyunlarında 8 taekvondoçu ilə təmsil olunur. Krakov-2023-də iyunun 23-26-da 43 ölkədən 256 idmançı 16 çəkidə mübarizə aparacaq.
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub