Misli Premyer Liqasının XXIII turunda "Turan Tovuz" "Neftçi"ni məğlub edib - 1:0.
Apasport.az xəbər verir ki, matçdan sonra Qərb təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib.
"Hər iki tərəf yaxşı oyun göstərdi. Sevinirəm ki, bu gün qələbə qazandıq. Fikirləşirəm ki, oyunçularım qələbəni haqq edirdi".
- Bu qələbə 3-cü yer uğrunda iddianı nə dərəcədə ortaya qoyur?
- Bundan əvvəl də demişdim ki, oyundan-oyuna hazırlaşırıq. Kubok və ya çempionat oyunu olmasının fərqi yoxdur. Turnir cədvəlinə fikir vermirik. Sonda hər şey bilinəcək.
- İbrahima Vadji və Jo Batişda da meydanda qaldı. Halbuki hesabda irəlidə idiniz...
- Vadji fiziki baxımından da yaxşı durumda olduğu üçün düşündük ki, ikisini də oynada bilərik.
- "Turan Tovuz" kubok üçün liqanı, liqanı isə kubok üçün qurban verəcək?
- Heç bir fərqi yoxdur. Hamısı eyni əhəmiyyəti daşıyır. Bütün matçlar eyni əhəmiyyət kəsb edir.
- "Turan Tovuz" artıq neçə oyundur ki, qol buraxmır. Bu uğurun sirri nədədir?
- Bu suala cavab vermək çətindir. Çünki qapımız qarşısında təhlükəli epizodlar olur. Əgər olmasaydı, başqa məsələdir. Amma yenə təhlükəli vəziyyətlər göstərir ki, işləməli olduğumuz məqamlar çoxdur.
- Ümumiyyətlə, qarşıda çempionluq hədəfi var?
- Hər dəfə mətbuat konfranslarında eyni şeyi deyirəm. Biz yalnız qarşımızdakı oyuna hazırlaşırıq.