Misli Premyer Liqasının XXIV turunun "Kəpəz" - "Turan Tovuz" matçından (1:1) sonra qonaqların baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
"Təəssüf ki, çox vacib iki xal itirdik. Oyunun ikinci hissəsi bir qədər fərqli alındı. Növbəti oyuna hazırlaşacağıq"
- Enrike Silva zədələndikdən sonra onun əvəzinə meydana Faiq Hacıyevi buraxdınız. "Kəpəz" də daha çox onun yer aldığı cinahdan hücumlar edirdi..
- Faiq uzun müddət idi ki, oynamırdı. Ona görə də, bu səhvlər təbiidir.
- Roderik Millerin oynamaması nə ilə bağlıdır?
- Zədəlidir.
- "Turan Tovuz" iddialı rəqiblərə qalib gəlir, amma daha aşağı pillələrdə qərarlaşan komandalarla matçlarda istədiyini reallaşdıra bilmir. Bu, konsentrasiya və motivasiya ilə bağlıdır?
- Təəssüf ki, haqlısız. Həm "Zirə", həm də "Neftçi" ilə oyundan sonra belə oldu. Fikirləşirəm ki, emosiyalar kifayət etmir. Liderlərə qarşı olan köklənmə bu cür komandalara qarşı olmur. Bunun üzərində işləyəcəyik.
- Rövşən Nəcəf: “Azərbaycan futbolu yalnız Premyer Liqadan ibarət deyil”
- FIFA rəsmisi: “Azərbaycan futbolu Avropada etimad qazanır”
- Azərbaycan klublarına UEFA-dan ayrılan maliyyə vəsaiti açıqlanıb
- AFFA-nın illik gəliri açıqlandı: ən böyük pay kimə məxsusdur?
- AFFA açıqladı: BU STADİONLAR TƏMİRƏ BAĞLANACAQ