"Sabah" yay transfer dönəmi üçün çalışmalara start verib.
Apasport.az saytına verilən məlumata görə, bir neçə futbolçunun klubdakı taleyi müəyyənləşib.
Artıq Çempionlar Liqası üçün hazırlıqlara başlayan "bayquşlar" bu mövsüm komandanın əsas fiqurlarından olan Timateuş Puxaçı komandada saxlayıb.
Bakı təmsilçisi futbolçunun müqavilə ilə məxsus olduğu "Holşteyn Kil"lə razılığa gəlib. "Sabah" yayda transfer məbləğini ödəyərək Puxaçı rəsmən rənglərinə bağlayacaq.
Misli Premyer Liqasının lideri İqor Noqeyra ilə də razılıq əldə edib. Sözləşməsi mövsümün sonunda başa çatacaq müdafiəçi ilə yeni müqavilə imzalanacaq.
Qeyd edək ki, "Sabah" hazırda 69 xalla turnir cədvəlinə liderlik edir.
- “Səbail” və “Baku Sportinq” üçün ikincilik şansı - YENİLƏNİR
- Dambrauskas təəccüblənib: "Başqa ölkədə hakimlərdən bu qədər danışmırlar"
- "Qarabağ" ulduz futbolçusu ilə vidalaşır? - Qurbanov özü açıqladı
- Qurban Qurbanov hakimlər haqda: "Sanki başlarını itiriblər"
- Finalın adı: ”Sabah” - “Zirə”- YENİLƏNİB