Maluda “Sabah”la vidalaşdı: “Böyük şərəf idi”
30.07.2026 - 01:30
Maluda “Sabah”la vidalaşdı: “Böyük şərəf idi”

“Sabah”dan İsveçrənin “Bazel” klubuna transfer olunan Aaron Maluda Azərbaycan təmsilçisi ilə vidalaşıb.

Apasport.az xəbər verir ki, fransalı vinger bununla bağlı klubun rəsmi sosial media hesabının şərh bölməsində paylaşım edib.

Maluda “Sabah” ailəsinə təşəkkürünü bildirərək, klubda və Azərbaycanda keçirdiyi dövrü böyük qürur hissi ilə xatırladığını vurğulayıb:

“Sabah ailəsi, hər şey üçün təşəkkür edirəm. Bu klub və bu ölkə üçün oynamaq mənim üçün böyük şərəf idi. Siz məni və ailəmi çox isti qarşıladınız. Birlikdə gözəl işlər gördük. Mən sizin ilk azarkeşinizəm və komandanı hər zaman izləyəcək, dəstəkləyəcəyəm. Tezliklə görüşərik”.