Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün dünya çempionatının seçmə mərhələsində dördüncü oyununu keçirib.
Apasport.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan millimiz Andorra yığması ilə qarşılaşıb.
Bakıdakı “Bank Respublika Arena”da təşkil olunan görüşü Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edib.
Saat 17:00-da başlayan matç “İdman TV” vasitəsilə canlı yayımlanıb.
Oyun yığmamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
18 aprel
Azərbaycan (Qadınlar) – Andorra (Qadınlar) 2:0
“Bank Respublika Arena”. Saat 17:00
Baş hakim: Vesna Miletiç
Baş hakimin köməkçiləri: Merima Homaraç, Nevena Markoviç
Dördüncü hakim: Senida Petak
(Hakimlər briqadası Bosniya və Herseqovinadandır)