Millimiz Gürcüstanı darmadağın edib
09.07.2026 - 10:58
Millimiz Gürcüstanı darmadağın edib

Gürcüstanın Batumi şəhərində təlim-məşq toplanışını davam etdirən milli komandamız yoldaşlıq görüşü keçirib.

Apasport.az xəbər verir ki, yerli yığma ilə qarşılaşan millimiz, Orxan Məmmədov (3), Elşad Manafov (2) və Sahib Məmmədov’un vurduğu qollarla rəqibindən 6:0 hesabı ilə üstün olub.

Bu komandalar arasında növbəti oyun 10 iyul saat 18:00 tarixində keçiriləcək.

Qeyd edək ki, bu qarşılaşmalar 15-19 iyul tarixlərində keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır.