Millimiz yenə məğlub olub
06.11.2024 - 00:34
Millimiz yenə məğlub olub

Futzal üzrə Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirib.

Apasport.az xəbər verir ki, yığmamız Bosniya və Herseqovina ilə ikinci matçına çıxıb.

Vitali Borisovun yetirmələri rəqibdən revanş ala bilməyiblər. Millimiz bu dəfə 1:5 hesabı ilə uduzub. Komandamızın heyətində yeganə qolu Oktay Rüstəmli vurub.

Yoldaşlıq oyunu
5 noyabr
22:00. Bosniya və Herseqovina – Azərbaycan - 5:1
Qollar:
 Faruk Brkaniç, 6:14, 34:04, Bilal Jeliç, 10:35, 12:04, Josip Başkoviç, 28:43 - Oktay Rüstəmli, 24:26

0