Millimizin üzvü qırmızı vərəqə aldı, komandası qalib gəldi
23.12.2025 - 23:56
Albaniyada futbol üzrə ölkə çempionatının XVIII turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, azərbaycanlı müdafiəçi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” səfərdə "Teuta" ilə qarşılaşıb.
Oyun qonaqların minimalhesablı qələbəsi ilə başa çatıb - 1:0.
Zamiq Əliyev matça start heyətində çıxıb, lakin 90+2-ci dəqiqədə ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Qeyd edək ki, “Eqnatiya” 37 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.
0
0