Millimizin üzvü Ukrayna klubunda - RƏSMİ
10.09.2026 - 10:26
Millimizin üzvü Ukrayna klubunda - RƏSMİ

Azərbaycan millisinin üzvü Renat Dadaşovun yeni komandası bəlli olub.

Apasport.az xəbər verir ki, 27 yaşlı hücumçu "Bukovina" ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, forvard Ukrayna təmsilçisi ilə 1+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Renat Dadaşov son olaraq Polşanın "Motor" komandasında çıxış edib.