Mövsümdə ilk, “Neftçi” üçün 150-ci
24.08.2026 - 10:23
Misli Premyer Liqasının 2026/27 mövsümündə ilk böyükhesablı nəticə qeydə alınıb.
Apasport.az xəbər verir ki, II turun “Neftçi” – “Araz-Naxçıvan” görüşündə meydan sahibləri 5:0 hesabı ilə qalib gəlib.
Bu, paytaxt təmsilçisinin ölkə çempionatının yüksək dəstəsində 150-ci böyükhesablı qələbəsi olub. “Ağ-qaralar” 98 dəfə evdə, 52 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə qələbə qazanıb.
Qeyd edək ki, “Neftçi” ilk belə qələbəsini Şamaxının “Şirvan” klubu üzərində qazanıb. 1992-ci il mövsümündəki qarşılaşma 8:1 hesabı ilə başa çatıb.
- Azər Məmmədov: “Əsas məqsədimiz komandanın formadan düşməməsi idi”
- “Neftçi”dən darmadağın - YENİLƏNİB
- Azər Bağırov: “Bu şəhər futbolla yaşayır”
- “Turan Tovuz”dan hakim qərarlarına etiraz - “Təmiz futbol, ədalətli qərarlar tələb edirik!” - VİDEO
- Kurban Berdıyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi”
0
0