"Neftçi" Qarabağ zəfərinə həsr edilmiş səfər formasını təqdim edib - FOTO
17.07.2025 - 12:20
"Neftçi" Qarabağ zəfərinə həsr edilmiş səfər formasını təqdim edib - FOTO

"Neftçi" 2025/26 mövsümündə geyinəcəyi yeni səfər formasını ictimaiyyətə təqdim edib.

Apasport.az xəbər verir ki, oyun dəsti bu ilin payızında qeyd edəcəyimiz şanlı Qarabağ Zəfərinin 5 illiyinə həsr olunub.

Formalar “Kappa” tərəfindən xüsusi olaraq “Neftçi” üçün dizayn edilib və hazırlanıb.

Hərbi geyimlərin əsasını təşkil edilən kamuflyaj naxışları, “Neftçi” loqosunun xüsusi qızılı rənglə işlənməsi, arxa boyun hissəsindəki “Zəfər bizimdir!” şüarı ilə bu forma sadəcə oyun dəsti olmaqla kifayətlənmir - o, xalqımızın böyüklüyünün və qürurunun əyani ifadəsidir.

Qeyd edək ki, Azərbaycanın zəfər ruhunu yaşadan bu forma milli birliyin və əzmin rəmzi kimi meydanlarda öz yerini tapacaq.