“Neftçi” “Şamaxı” ilə matçın hazırlığını yekunlaşdırıb
15.08.2025 - 22:48

"Neftçi" Misli Premyer Liqasının I turunun "Şamaxı" ilə matçının hazırlığını yekunlaşdırıb.
Apasport.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb.
Edvin Kuç cəzalı olduğu üçün bu görüşü buraxacaq.
Qeyd edək ki, avqustun 16-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Şamaxı” oyunu saat 20:00-da başlanacaq.
0
0