“Neftçi” Şeydayevdən qurtulmaq üzrədir: RƏSMİ TƏKLİF GÖZLƏNİLİR
11.08.2025 - 16:54

“Neftçi” Ramil Şeydayevlə yollarını ayırmaqda israrlıdır.
Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar” vingerin gedişinə hazırdır.
Samir Abasovun sərəncamında görmək istəmədiyi futbolçu ehtiyatda qalsa belə, pulunu tam almaq istəyir.
“Neftçi” isə Ramil üçün gələcək təklifə tam razılıq verəcək və onun gedişinə razı olacaq. Rusiya Premyer Liqasında yarışan klublar arasında Şeydayevi transfer etmək istəyənlər var.
Amma onlar hələ ki, “Neftçi”yə rəsmi təkliflə çıxış etməyiblər. Yaxın günlərdə Rusiyadan rəsmi təklifin olacağı gözlənilir.
0
0