"Neftçi" yubiley matçına çıxacaq - 1000-ci oyun - VİDEO
16.09.2026 - 16:35
"Neftçi" yubiley matçına çıxacaq - 1000-ci oyun  - VİDEO

Misli Premyer Liqasının VI turu "Neftçi" üçün əlamətdar olacaq.
Apasport.az xəbər verir ki, "ağ-qaralar" "Qəbələ" ilə qarşılaşmada ölkə çempionatlarında 1000-ci oyununa çıxacaq.

Peşəkar Futbol Liqası bununla bağlı xüsusi süjet hazırlayıb.

Süjetdə "Neftçi"nin veteran futbolçusu, komandanın ölkə çempionatlarındakı ilk qolunun müəllifi Yunis Hüseynov, həmçinin “ağ-qaralar”ın hazırkı kapitanı Emin Mahmudov fikirlərini bölüşüb.

Həmin video-materialı təqdim edirik: