"Neftçi"də islahatlar davam edir - komandada növbəti ayrılıq
01.12.2024 - 15:25
"Neftçi"də islahatlar davam edir - komandada növbəti ayrılıq

"Neftçi"də daha bir ayrılıq yaşanmağa yaxındır.

Apasport.az saytına verilən məlumata görə, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayev komandanı tərk etmək üzrədir.

Buna səbəb isə futbolçunun özünü "Neftçi"də xoşbəxt hiss etməməsidir. İstədiyi performansı sərgiləyə bilməyən Şeydayev komandadan və ümumiyyətlə, Azərbaycandan ayrılmaq haqda götür-qoy edir. 

Bunun üçün ona sərfəli və cəlbedici təklif olmalıdır. Belə ki, Ramili razı salan təklif olarsa, o, komandadan ayrılacaq. Təkliflər gəlməzsə, Şeydayev "Neftçi"də qalacaq və karyerasına bu klubda davam edəcək.

Qeyd edək ki, Ramil Şeydayev yayda "Neftçi" ilə müqavilə imzalayıb. Onun "ağ-qaralar"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

0