"Neftçi"də Qriqorçuk dövrü başa çatdı - Yerinə o gəlir
07.10.2024 - 12:04
"Neftçi"də Qriqorçuk dövrü başa çatdı - Yerinə o gəlir

"Neftçi"də ardıcıl uğursuz nəticələrin cəzası baş məşqçi Roman Qriqorçuka kəsilib.

"Apasport"un əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi təcrübəli mütəxəssislə qarşılıqlı razılaşma əsasında yollarını ayırıb.

Bu barədə rəsmi açıqlamanın gün ərzində veriləcəyi gözlənilir.

İddiaya görə, "ağ-qaralar" müvafiq posta ən azı mövsüm sonunadək Arif Əsədovu gətirəcək.

İlin axırında göstərilən nəticədən asılı olaraq məşqçiylə yola davam edilib edilməyəcəyinə qərar veriləcək.

Qeyd edək ki, "Neftçi"də daha əvvəl klubun idman direktoru Yens Anderssonla da qarşılıqlı razılaşmayla yollar ayrılmışdı.

0