“Neftçi”də yeni təyinat
08.03.2026 - 21:25
“Neftçi”də yeni təyinat

"Neftçi"də hakim məsələləri və oyun qaydaları üzrə məsləhətçi vəzifəsində çalışacaq Burçin Keskinin bu gün əsas komanda ilə ilk görüşü baş tutub.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Palms Sports Futbol Mərkəzi"ndə məşqçilər korpusu və futbolçularla bir araya gələn türkiyəli mütəxəssis oyun qaydalarındakı son dəyişikliklər, hakimlərə verilən tövsiyələr və digər məsələlər barədə seminar keçib.

Burçin Keskin futbol sahəsində fəaliyyətə əvvəlcə hakim kimi başlayıb. Daha sonra hakimlərin təlimi və inkişafı sahəsində işləyib, uzun müddət Türkiyə Futbol Federasiyası (TFF) strukturunda müxtəlif vəzifələrdə çalışıb, 2022-23-cü illərdə isə AFFA Hakimlər Komitəsində hakimlərin inkişafı üzrə məsləhətçi kimi fəaliyyət göstərib.