“Neftçi” futbol klubunun rəsmi mağazası bu gün yeni kampaniyaya start verib.
Apasport.az xəbər verir ki, “Atadan Oğula” kampaniyası çərçivəsində seçilmiş məhsullarda 1 alana 1 hədiyyə fürsəti ilə yanaşı, müxtəlif kateqoriyalarda xüsusi endirimlər də komandanın azarkeşlərini gözləyir.
“Atadan Oğula” kampaniyası çərçivəsində seçilmiş məhsullarda xüsusi təkliflər var. Məsələn, böyüklər üçün forma alan hər bir müştəriyə uyğun uşaq forması hədiyyə edilir. Eyni zamanda, müxtəlif kateqoriyalarda əlavə endirimlər də mövcuddur:
Məşq formaları – 25%
Geyim – 30%
Suvenirlər – 25%
Günah kolleksiyası – 20%
Qeyd edək ki, kampaniya mayın 1-dək davam edəcək. Ətraflı məlumat üçün store.neftchi.az saytına keçid edə bilərsiniz.
- "Qarabağ"a siqnal, futbolumuza qazanc: "Sabah" yeni nəfəs gətirdi
- Dambrauskas təəccüblənib: "Başqa ölkədə hakimlərdən bu qədər danışmırlar"
- "Qarabağ" ulduz futbolçusu ilə vidalaşır? - Qurbanov özü açıqladı
- Qurban Qurbanov hakimlər haqda: "Sanki başlarını itiriblər"
- Finalın adı: ”Sabah” - “Zirə”- YENİLƏNİB