“Neftçi”nin rəsmi mağazasının açılış mərasimi baş tutub - FOTO
07.02.2026 - 22:07
“Neftçi”nin rəsmi mağazası bundan sonra “28 Mall”da yerləşən “Decathlon”da da fəaliyyət göstərəcək.
Apasport.az xəbər verir ki, bu gün həmin məkanda “Neftçi Official Fan Store Corner”in açılış mərasimi olub.
Tədbirdə klubun rəsmiləri ilə yanaşı, futbolçularımız – Emin Mahmudov, Vensan Abubakar və Murad Məmmədov da iştirak ediblər.
Sevimli komandalarının üzvləri ilə imza günündə görüşən azarkeşlər onlarla xatirə şəkilləri çəkdiriblər. Açılışa qatılan qonaqlara “Neftçi”dən xüsusi hədiyyələr də təqdim olunub.
0
0