“Neftçi”nin sabiq üzvü “Xankəndi”də
19.02.2026 - 10:11
“Neftçi”nin sabiq üzvü “Xankəndi”də

"Xankəndi"də yeni təyinat reallaşıb.

Apasport.az xəbər verir ki, komandanın qapıçılar üzrə məşqçi postuna UEFA B kateqoriyalı məşqçi lisenziyalı Elçin Sadıqov dəvət edilib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

36 yaşlı məşqçi daha əvvəl "Səbail"in futbol akademiyasında çalışıb. Bununla yanaşı, "Neftçi"nin keçmiş qapıçısı 2025-ci ildə "Şəfa"da qapıçı-məşqçi vəzifəsində fəaliyyət göstərib.