PFL-dən “Neftçi”nin yubileyinə xüsusi hədiyyə
17.10.2026 - 22:31
PFL-dən “Neftçi”nin yubileyinə xüsusi hədiyyə

Peşəkar Futbol Liqası (PFL) Azərbaycan çempionatlarında 1000-ci oyununu keçirən “Neftçi”ni təbrik edib.

Apasport.az xəbər verir ki, “Qarabağ” – “Neftçi” matçından əvvəl PFL-in texniki idman direktoru Elgiz Abbasov İqor Getmana xüsusi hədiyyə təqdim edib.

Qeyd edək ki, Getman ağ-qara formada ən çox oyun keçirən futbolçulardan biri, komandanın sabiq kapitanı və uzun illərdir klubda çalışan əməkdaşdır.