Portuqaliyalı yarımmüdafiəçi “Zirə”də - RƏSMİ
23.06.2026 - 17:18
Portuqaliyalı yarımmüdafiəçi “Zirə”də - RƏSMİ

“Zirə” yeni futbolçuyla anlaşıb.

Apasport.az xəbər verir ki, komanda Da Silva Tavareş Viera “Vierinya”nı heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı yarımmüdafiəçiylə 2 illik müqavilə bağlanılıb. 

Qeyd edək ki, 29 yaşlı futbolçu daha əvvəl ölkəsinin “Feyrense”, “Sanxoanense”, “Salqeyruş”, “Qondomar”, “Akademiko Viseu”, “Espinyo”, “San Jo de Ver”, “Beyra Mar” və Kiprin “Olimpiakos”(Nikosiya) klublarında çıxış edib.