Premyer Liqa klublarında UEFA PRO lisenziyalı məşqçilər üstünlük təşkil edir
17.12.2025 - 15:56
Premyer Liqa klublarında UEFA PRO lisenziyalı məşqçilər üstünlük təşkil edir

Azərbaycan futbol liqalarında çalışan baş məşqçilərin lisenziya növləri ilə bağlı statistika açıqlanıb.

Apasport.az xəbər verir ki, Premyer Liqa klublarında üstünlük UEFA PRO lisenziyasına malik mütəxəssislərdədir.

Yüksək liqada çıxış edən komandalardan 8-nin baş məşqçisi UEFA PRO, 2-si UEFA A lisenziyasına sahibdir. 

I Liqa klublarında isə daha müxtəlif mənzərə müşahidə olunur. Bu liqada 5 məşqçi UEFA A, 3 məşqçi UEFA B, 2 məşqçi isə UEFA PRO lisenziyası ilə fəaliyyət göstərir.

II Liqada çalışan mütəxəssislər arasında UEFA B lisenziyalı məşqçilər üstünlük təşkil edir. Aşağı liqada 3 məşqçi UEFA B, 2 məşqçi UEFA A, 1 məşqçi isə UEFA PRO lisenziyasına malikdir.