Dövlət tərəfindən Ağdam şəhərində inşa olunacaq “İmarət” stadionunun tikintisi üçün ilkin mərhələdə 30,4 milyon avro (60,5 milyon manat) vəsait ayrılıb.
Apasport.az xəbər verir ki, layihə çərçivəsində müasir standartlara cavab verən stadion kompleksinin inşa olunması nəzərdə tutulur.
Məlumata görə, tikinti işlərinin 2028-ci ilin sonuna qədər tamamlanması planlaşdırılır.
Yeni stadion istifadəyə verildikdən sonra Qarabağ klubu uzun illərdən sonra ev oyunlarını doğma şəhəri Ağdamda keçirmək imkanı əldə edəcək. “Qarabağ”ın 2029-cu ildən etibarən rəsmi qarşılaşmalarını “İmarət” stadionunda oynaması gözlənilir. Bu addım Ağdamın idman infrastrukturu baxımından yenidən canlanmasına mühüm töhfə hesab olunur.
- Qurbanov Nərimanın gedişi barədə: "Onu da başa düşmək lazımdır"
- Ayxan Abbasov: “Qarabağ”a qarşı aqressiyasız oynamaq mümkünsüzdür"
- Qurban Qurbanov: Futbolçu deyir ki, mənə yaxşı təklif var. Gedim, yoxsa qalım?
- "Qarabağ"dan çempionluq uğrunda kritik üç xal - YENİLƏNİB
- "Qarabağ"ın matçının vaxtı DƏYİŞDİRİLDİ