“Qarabağ” - “İmişli” matçının biletləri satışa çıxarılır
13.05.2026 - 14:53
“Qarabağ” - “İmişli” matçının biletləri satışa çıxarılır

Futbol üzrə Misli Premyer Liqasının XXXII turu çərçivəsində keçiriləcək “Qarabağ” - “İmişli” oyununun biletləri satışa çıxarılır.

Apasport.az xəbər verir ki, biletlər bu gün saat 15:00-dan etibarən iTicket.az platforması vasitəsilə onlayn satışda olacaq.

Qiymətlər sektorlara uyğun olaraq 5-20 manat aralığında dəyişir.

Oyun günü azarkeşlər biletləri həm stadionun kassalarından, həm də onlayn şəkildə əldə edə biləcəklər.

Qeyd edək ki, mayın 16-da keçiriləcək qarşılaşma saat 17:00-da Tofiq Bəhrəmov adına Respublika Stadionunda start götürəcək.